Fujikura şirkətinin Türkiyə üzə baş mühəndisi “Maybo Service” MMC-nin qonağı oldu

10 Avqust 2022-ci il tarixdə “Maybo Service” MMC-nin dəvəti ilə Türkiyə Cumhuriyyətindən Fujikura fiber optik qaynaq avadanlıqlarının təmiri və texniki servisi üzrə mütəxəssis dəvət olunmuşdur. Fujikura şirkətinin Türkiyə üzrə rəsmi nümayəndəliyinin baş mühəndisi olan, 16 illik peşəkar təcrübəyə malik qonaq öz dəyərli məsləhətlərini vermiş, əməkdaşlarımızın peşəkarlığının daha da artırılmasına yardımçı olmuşdur.