Maybo tərəfindən SOCAR Neftqaz Tikinti Trestində texniki təlim keçirilib
Təlim çərçivəsində iştirakçılara yeraltı kommunikasiya xətlərinin aşkarlanması və lokasiyası üçün nəzərdə tutulmuş avadanlığın iş prinsipi, funksional imkanları və düzgün istifadə qaydaları haqqında ətraflı məlumat verilib.
Təlim həm nəzəri, həm də praktiki hissələrdən ibarət olub. İştirakçılar cihazın tətbiqini real iş şəraitində müşahidə edib, avadanlıqla işləmək və onun imkanlarından səmərəli istifadə etmək üzrə praktiki biliklərini artırıblar.
Maybo olaraq texniki biliklərin paylaşılmasına, mütəxəssislərin peşəkar inkişafına və müasir ölçmə texnologiyalarının düzgün tətbiqinə dəstək göstərməkdən məmnunuq.


