Maybo Daşkənddə keçirilən “E-TechExpo 2026” sərgisində
Maybo, 10–12 noyabr tarixlərində Daşkənddə keçirilən “E-TechExpo 2026” beynəlxalq sərgisində öz stendi ilə iştirak etdi.
Stendimizdə “Fluke” markalı ölçmə və sınaq cihazları, “UCL Swift” optik liflərin birləşdirilməsi (qaynaqlanması) avadanlıqları, həmçinin sənaye, enerji və telekommunikasiya sektorları üçün nəzərdə tutulmuş peşəkar ölçmə, sınaq və diaqnostika həlləri nümayiş olundu.
Ziyarətçilər avadanlıqlarımızla yaxından tanış olmaq, onların imkanları barədə məlumat almaq və mütəxəssislərimizlə texniki məsələlər ətrafında fikir mübadiləsi aparmaq imkanı əldə etdilər. Maybo olaraq, regiondakı müştərilərimizə qabaqcıl texnologiyalar təqdim etməyə, yeni tərəfdaşlıqlar qurmağa və peşəkar həllər portfelimizi genişləndirməyə davam edirik.

