CMA5000a

 


CMA5000a şəbəkənin çoxsəviyyəli test və ölçmə platforması CMA5000a

Gigabit Ethernet, DWDM, SONET, OTDR, ORL, PMD, və CD - bunların hamısı istifadəsi asan olan çoxsəviyyəli test platforması vasitəsi ilə test edir.

 

        

        Xüsusiyyətləri

  • EXtended Transport Analysis (XTA) tətbiqi
  • Universal Transport Analyzer (UTA) tətbiqi
  • Gigabit Ethernet tətbiqi
  • Optical Time Domain Reflectometer (OTDR) tətbiqi
  • Polarization Mode Dispersion (PMD) tətbiqi
  • Chromatic Dispersion (CD) tətbiqi
  • Optical Spectrum Analyzer (OSA) tətbiqi

 

Yeni CMA5000a vasitəsi ilə şəbəkənizin potensialını yüksəldin!

Təsviri

From Physical Plant Integrity to Bandwidth Verification, Amplifier Tuning to Transport Optimization, the CMA5000a is the Only Tool You Will Need!

Fiberin quraşdırılmasından servisin açılamasınadək, CMA5000a şəbəkənin istismar xarakteristikalarını maksimallaşdırmağa və yeni servislərin açılmasının sürətləndirilməsi üçün dizayn edilib. Şəbəkənin ən vacib parametrləri və istismar xarakteristikaları monitorinq edilə bilər və yeni servislərin açılması üçün şəbəkənin nasazlqları asanlıqla aşkar oluna bilər. Nəticələr Windows bazasında olan platform vasitəsilə asanlıqla sənədləşdirilə bilər. Bu isə optik şəbəkənin işilə əlaqədar yaranan fasilələri azaldır. Müxtəlif ölçülü adapterlə olan modul dizayn Sizin test dəstinizi tələbatlara uyğun konfiqurasiya etməyə imkan verir. Optik fiberin və şəbəkənin xarakterizə edilməsində lider olaraq, CMA5000a fiziki səviyyədə hərtərəfli xarakterizə edilməsi üçün tələb olunan bütün test tətbiqlərini təmin edir, o cümlədən: OTDR, Chromatic Dispersion, Polarization Mode Dispersion, Loss Test Set, və Optical Return Loss. Tamamlanmış test həlli üçün Visual Fault Locator və Video Inspection Probe kimi əlavə alətlər mövcuddur. Eləki fiber sertifikatlaşdırıldı, o zaman avadanlığın işə salınması, optimallaşdırılması və SONET/SDH/PDH, OTN, Ethernet kimi aparıcı texnologilar üçün Transport səviyyədə nasazlıqların aradan qaldırılması yerinə yetirilə bilər. Bu isə Sizin şəbəkənizin tələb olunan səviyyədə işləməsini təmin edəcək.

 

 

Təsviri

XTA – istismar xarakteristikalarının xarakterizə edilməsi və sənədləşdirilməsi üçün, CMA5000a-ın eXtended Transport Analysis (XTA) tətbiqi müxtəlif parametrlərin effektiv və etibarlı test edilməsini təmin edir, o cümlədən: Alarm və Error analizi, APS with 125 us resolution, Round Trip Delay ölçmələri, şəbəkəyə daxil olma imkanı və istismar göstəricilərinin qiymətləndirilməsi. XTA tətbiqi PDH/T-carriers 10 Gbps qədər SONET/SDH şəbəkələri xarakterizə edir. XTA-ın Troublescan funksiyası problemlərri avtomatik aşkar edərək, şəbəkənin nasazlıqlarını asanlıqla aşkar edib aradan qaldırmağa imkan verir.

UTA – son bir neçə ildə transport şəbəkələrinin böyük evolyusiyası ilə yanaşı  yeni texnologiyalarların peyda olmasının şahidi oluruq. Bu günün şəbəkələrinin quraşdırılması, işə salınması və texniki xidməti tapşırıqlarını yerinə yetirən mühəndis və texniklər gündəlik işlərində artan mürəkkəbliklə üzləşirlər. Bu kontekstdə, bütün əsas texnologiyaların öhdəsindən gələ bilən bir modulda olan CMA5000a Universal Transport Analyzer kimi test aləti böyük yardımdır.

Ethernet – CMA5000a Gigabit Ethernet tətbiqi servisin lazımı qaydada və effektiv açılmasını təmin etmək məqsədilə, Throughput, Latency, Burstability, və Frame Loss (RFC 2544-də göstərilidiyi qaydada) kimi vacib parametrlərin şəbəkənin quraşdırılması zamanı ölçülməsini təmin edir. Nasazlıqların axtarışı və aradan qaldırılmasında CMA5000a-ın Channel Statistics opsiyası, istifadəçiyə tək simptomları yox, şəbəkədəki nasazlıqların marşrut ilə əlaqədar səbəbi tez bir zamanda aşkar etməyə imkan verir. Channel Statistics opsiyası qəbul edilmiş bütün traffik barədə 8,000 qədər individual Ethernet və ya IP address, VLAN tag, və MPLS label-in detallı statistikasını təqdim edir. Hərtərəfli və peşəkar hesabatlar tərtib etmək qabiliyyətilə birlikdə, bu xüsusiyyətlər Sizə 10/100/1000 Mbps Ethernet şəbəkələri quraşdırmağa, texniki xidmət göstərməyə, nasazlıqları axtarıb tapmağa və sənədləşdirilməyə imkan verir.

OTDR – CMA5000a Optical Time Domain Reflectometer (OTDR) tətbiqi fiber xəttlərin quraşdırılma, yoxlama və texniki xidmətə sərf olunan zamanı azaldır. Müxtəlif dalğa uzunluqları, 50 dB qədər dinamik diapazon, “görməmə zonası” (ing.Dead Zone) təqribən 1.0 m xüsusiyyətlərilə, OTDR tətbiqi böyük uzunluqda olan dayaq şəbəkələrin (long-haul backbone networks), Metro/Access şəbəkələrin və PON (passive optical networks) arxitektura üzərində qurulan FTTx-in açılmasının test edilməsi üçün ideal tex.həllidir. CMA5000a OTDR xüsusiyyətlərində biri məsafədən çalışdırmaq və avtomatlaşdırılmış test üçün SCPI komandalarının dəstəkləməsidir.

PMD – CMA5000a Polarization Mode Dispersion (PMD) tətbiqi hər bir fiberin Data Rate qabiliyyətini xarakterizə edir, hansı fiber daha yüksək Data Rate-i təmin etməyə qadir olmasını tez müəyyən edir.

CD – CMA5000a Chromatic Dispersion (CD) tətbiqi Bandwidth-i maksimallaşdırmaq üçün dəqiq CD xarakterizə edilməsini təmin edir. Bu tətbiq optimallaşdırlmış kompensasiya üçün istənilən fiberin Chromatic Dispersion, Chromatic Dispersion Slope, və Zero-Dispersion Wavelength kimi parametrləri tez bir zamanda ölçür.

OSA – CMA5000a Optical Spectrum Analyser DWDM və CWDM sistemlərin istismar göstəricilərinin tam qiymətləndirilməsini təmin edir. Channel Wavelengths, Spacing, Drift və Gain Tilt kimi parametrlər ölçülər bilir

 

 



Technical documentation

 

 

    document1.pdf