Trassa axtarışı

Yeraltı kommunikasiyaların axtarışı və markalanması üçün ЗМ™ Dynatel™ cihazları

2200 seriya ЗМ™ Dynatel™ trassa axtaran cihazları, rəqəmsal siqnalların işlənilməsinin müasir mikroprosessor texnologiyaları istifadə edilməklə yaradılmışdır. Bu, rabitə kabellərin, həm elektrik, həm də fiber optik xəttlərin (markerlərin axtarışı texnologiyasını istifadə etməklə) trassalarını, hətta səs-küy şəraitində kabel örtüyünün zədələnmə yerini tez və effektiv aşkar etməyə imkan verir. 2200 seriya Dynatel™ generator, qrafik şkala ilə qəbuledicidən və lazımi bütün tərtibatlarla komplektləşdirilir.

 

Geniş texniki imkanlarla cihazlar

Dynatel™ trassa axtaran cihazlar imkan verir:

• rabitə kabelinin trassasını müəyyən etmək;

• kabelin keçdiyi dərinliyi müəyyən etmək;

• kabeldə cərəyan gücünün nisbi qiymətini ölçmək;

• güc kabelinin trassasını müəyyən etmək;

• Dyna-Coupler solenoid vasitəsi ilə qalvanik üsulla və induksiya üsulu ilə kabelə qoşulmaq.

Cihazların elektrik qidalanması standart batareyalar, akkumulyatorlar və yaxud xarici qida mənbəyindən həyata keçirilir. Elektrik tutum barədə informasiya LCD-də əks olunur. Kabel xəttləri və boru kəmərləri üçün 3М™ Dynatel™ 2250МЕ-iD/2273МЕ-iD seriya trassa axtaran cihazlar əlavə olaraq 1421-XR Scotchmark™ EMS ID intellektual şar markerlərinə istifadəçi informasiyasını və koordinatların yazılmasını və oxunması funksiyalarına malikdirlər. Markerin tədricən proqramlaşdırılmış identifikasiya nömrəsi, yeraltı kommunikasiyanın sahibi haqqda məlumat, onun yerləşdirilməsi haqqda bilgilər, koordinatlar və obyekt barədə digər bilgilər markerdən oxunub, yaddaşda saxlanıb və sonradan personal kompyuterə ötürülə bilər. 2250МЕ-iD/2273МЕ-iD seriya trassa axtaran cihazlar həmçinin eyni zamanda iki müxtəlif tip elektron markerlərin aşkar edilməsi imkanını təmin edir.

 

GPS vasitasilə axtarış funksiyası

Yeni proqram təminatının yaradılması axtarış funksiyasını koordinatların müəyyən ediməsi funksiyası ilə uyğunlaşdırmağa imkan vermişdir. İndi ЗМ™ Dynatel™ 2250МЕ-iD/2273МЕ-iD trassa axtaran cihazlar və həmçinin ЗМ™ Dynatel™ 1420 EMS marker axtaran cihaz real zaman miqyasında GPS-qəbuledicilərlə çalışmağa və markerə koordinatları yazmağa və ya markerlər haqqda bilgiləri PK-da sonradan işlənilməsi ilə GPS-qəbuledicilərin elektron xəritələrə daxil etməyə qadirdir.

 

Trassa axtaran 2250MЕ-iD.

Kabel və markerlərin axtarışı

Kabellərin, boru xəttlərinin trassasının və markerlərin axtarışı üçün yüksək effektivli cihaz

• Kabellərin trassasının axtarışı üçün 5 axtarış rejimi: maksimum, geniş maksimum, sıfır, inversiya sıfırı, siqnalların fərqi

• Generatorun 4 aktiv tezliyi

• Qəbuledicinin 3 passiv köklənmə tezliyi

• Elektron zonda qədər məsafənin qiymətləndirilməsi

• Kabeldə generetorun cərəyan gücünün ölçülməsi, mA.

• Kabelin və ya cütün topada axtarışı.

• Kabelin nəmlənmiş hissəsində cütləri “zəng etmək” imkanı.

• Asılmış rabitə kabellərində izolyasiyanın zədələnmə yerinin müəyyən edilməsi.

• Adi və intellektual markerilərin axtarışı, informasiya və koordinatların yazılması/oxunması imkanı.

• Eyni zamanda bir neçə tezliyin generasiyası.

• Daxilində voltmetr/ommetr.

• Kabeldə kənar gərginliyin olması indikatoru.

• Torpaqlamanın (Ground) avtomatik yoxlanılması.

• İstənilən iki tip markerin aşkar edilmə rejimi (həmçinin digər istehsalçıların).

• Biri-birindən aralı yerləşdirilmiş 4 qəbul etmə elementlərin köməyi ilə kabelin və ya markerin yerləşdirildiyi dərinliyin yüksək dəqiqliklə müəyyən edilməsi.

• 5 Vt yüksək çıxış gücü rejimi.

• Yeni erqonomik dizayn.

 

Trassa axtaran cihaz 2273MЕ-iD. Kabellərin, markerlərin və zədələnmələrin axtarışı

Kabellərin, boru kəmərlərinin yerləşdiyi trassasının və “ekran-torpaq” tipli kabellərin şlanqlarının və örtüklərinin zədələnməsinin axtarışı üçün yüksək effektivli cihaz

• 2250МЕ-iD modelinin bütün texniki imkanları.

• «Ekran-torpaq» zədələnməsinin axtarış funksiyası.

• Çərçivə-şup ilə standart komplektasiya.

2273MЕ-iD – öz sinfində maksimal universal cihaz.

 

Marker axtaran cihaz 1420-iD EMS

Bütün tip markerlərin axtarışı üçün yaradılmış yüngül və kompakt yüksək effektivli cihaz.

• İntellektual markerlərin axtarışı, informasiyanın və koordinatların yazılması/oxunması.

• İstənilən iki tip markerin aşkar edilməsi rejimi (həmçinin digər istehsalçıların).